Accessibility links

ABŞ rəsmiləri amerikalı qadını terror hücumları planlaşdırmaqda ittiham ediblər


ABŞ rəsmiləri amerikalı qadını terror hücumları planlaşdırmaqda ittiham ediblər

ABŞ rəsmiləri amerikalı qadını terror hücumları planlaşdırmaqda ittiham ediblər

<!-- IMAGE -->

ABŞ rəsmiləri amerikalı qadını internetdə müsəlmanları Cənubi Asiya və Avropada “jihad” aparmaq üçün səfərbər etməkdə ittiham ediblər.

Ədliyyə naziriyi “Cihad Ceyn” adı ilə tanınan Kolin LaRozu bu gün ittiham edib. Ona qarşı terrorçulara maddi yardım göstərmək, xarici ölkədə qətl təşkil etmək və digər maddələr üzrə ittihamlar irəli sürülüb.

46 yaşlı LaRozun islamı qəbul etdiyinə inanılır. O, keçən ilin oktyabr ayından Filadelfiya şəhərində həbsdə saxlanılır.

İttihamnamədə LaRozun İsveçdə adı açıqlanmayan şəxsi qətlə yetirmək haqda əmr aldığı deyilir.

Günahkar tanınsa, o, ömürlük həbs cəzası və 1 milyon dollar məbləğində cərimə ala bilər.

XS
SM
MD
LG