Accessibility links

İraqda parlament seçkilərinin ilkin nəticələrinin cümə axşamı açıqlanacağı gözlənilir


<!-- IMAGE -->

BMT rəsmisi bildirib ki, İraqın mərkəzi seçki komissiyası parlament seçkilərinin ilkin nəticələrini cümə axşamı günü açıqlamağı planlaşdırırlar.

Iraq üzrə xüsusi nümayəndə Ad Malkert deyib ki, o, komissiyanın ona təqdim edilən informasiyaya əsasən ilkin nəticələri açıqlaya biləcəyinə ümid bəsləyir. Malkert bu açıqlamaları bu gün Bağdadda mətbuat konfransı zamanı verib.

Seçki rəsmiləri bazar günü keçirilmiş parlament seçkilərinin Bağdad və bəzi vilayətlərdə ilkin nəticələrini bu həftənin əvəli açıqlamağı planlaşdırmışdılar. 325 yerlik parlamentdə yerlərin beşdə biri Bağdadın payına düşdüyü üçün paytaxt üzrə nəticələr olduqca mühüm hesab edilir.

Bu arada, İraqın Məsuliyyət və Ədalət komissiysı 55 namizəd üçün səsləri ləğv etdiyini bildirib. Komissiyada şiə lideləri namizədlərin İraqın keçmiş lideri Səddam Hüseynin fəaliyyəti qadağan olmuş Bəəs partiyası ilə əlaqəsi olduğunu bildirirlər.


XS
SM
MD
LG