Accessibility links

Əfqanıstana gedən hərbi təyyarə Bakıda məcburi enib


Əfqanıstana gedən hərbi təyyarə Bakıda məcburi enib

Əfqanıstana gedən hərbi təyyarə Bakıda məcburi enib


Brüssel-Bakı-Qəndəhar marşrutu üzrə çarter reysi həyata keçirən hərbi-nəqliyyat təyyarəsi dünən Bakıda məcburi eniş edib. "AZAL" QtSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin Turana verdiyi məlumata görə, dünən səhər saat 9.50-də Belçikanın "Bargo Alfa Foks" şirkətinə məxsus "Çarli 130" təyyarəsi Bakıdan Qəndəhara səmt götürüb. Lakin Türkmənistan üzərində ekipajın komandiri ikinci mühərrikdə alışma olduğunu hiss edib və Bakıya qayıdaraq enməyə məcbur olub.

Səfərlinin sözlərinə görə, qəza enişi nəticəsində 14 sərnişin və 9 ekipaj üzvündən heç biri xəsarət almayıb. Hazırda təyyarə Bakıdadır və onun təmiri üçün Brüsseldən mütəxəssislərin gəlməsi gözlənilir.

Azərbaycan XİN-in mətbuat katibi Elxan Poluxov Amerikanın səsi radiosuna bildirib ki, NATO-nun beynəlxalq koalisiyanın təyyarələri Əfqanıstana uçuşlar üçün Azərbaycanın hava məkanından istifadə edir və Bakıda yanacaq doldurur. Lakin, Poluxovun sözlərinə görə, Azərbaycan üzərindən Əfqanıstana qeyri-hərbi yüklərin daşınması həyata keçirilir.

XS
SM
MD
LG