Accessibility links

Co Bayden: İsrailin yeni yəhudi yaşayış məntəqəsi inşası planı sülh səylərinə mənfi təsir göstərəcək


Co Bayden: İsrailin yeni yəhudi yaşayış məntəqəsi inşası planı sülh səylərinə mənfi təsir göstərəcək
Co Bayden: İsrailin yeni yəhudi yaşayış məntəqəsi inşası planı sülh səylərinə mənfi təsir göstərəcək
<!-- IMAGE -->

Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden İsrailin Qüdsün Şərq hissəsində yeni yəhudi yaşayış məntəqəsi inşa edəcəyi barədə planının, sülhsəylərinə mənfi təsir göstərəcəyini söləyib.O, bu inşaat planının sülh danışıqlarının bərpası üçün ehtiyac olan qarşılıqlı etimada zərər verəcəyini deyib. CənabBayden bu gün Fələstinlilərin prezidenti Mahmud Abbasla Ramallahda görüşüb və həm İsrail, həm də Fələstin tərəfisülh danışıqlarının bərpasıüçün münasibətləri mürəkkəbləşdirmək əvəzinə, əməkdaşlığa vəmüsbətşərait yaratmağa çağırıb.

Bundan əvvəl Fələstinin baş naziri Salam Fəyyad cənab Baydenə İsrailin inşa planının ABŞ-ın dəstəklədiyi sülh danışqlarına maneə olduğunu demişdi.

Dünən İsrailin Daxili İşlər Nazirliyi1967-ci il müharibəsi zamanı işğal etdiyi Qüdsün mühafizəkar dindar yəhudilərin yaşadığı Ramat Şlomo məhəlləsində 1600 yenimənzilin inşasınıntəstiqi barədə qərarı elan etdi. İsrailin daxili işlər naziri qərarın belə bir zamanda elan edilməsindən dolayısı ilə bu gün üzr istəyib.

Fələstinlilər Qüdsü gələcəkdəki Fələstin Dövlətin paytaxdı olaraq nəzərdə tuturlar.


XS
SM
MD
LG