Accessibility links

Sankt Peterburq qatarındakı bomba hücumunda əli olmaqda şübhələnilənlər həbs edilib


Sankt Peterburq qatarındakı bomba hücumunda əli olmaqda şübhələnilənlər həbs edilib
Sankt Peterburq qatarındakı bomba hücumunda əli olmaqda şübhələnilənlər həbs edilib

Rusiyanın xəbərlər agentlikləri keçən il Sankt Peterburq yaxınlığında, sürətli sərnişin qatarında həyata keçirilən bomba hücumunda əli olmaqda şübhələnilən 10 nəfərin həbs edildiyini bildirmişlər. Məlumatlarda şübhəlilərin iki həftə davam edən əməliyyatlardan sonra keçən həftə İnquşetiyada ələ keçirildiklərivə onların artıq Moskvaya gətirildiyi deyilir. Rəsmilər hücumlarda əli olmaqda şübhəli bilinən 8 yaraqlının isə əməliyyatlar zamanı öldürüldüyünü bildirmişlər. Ölənlərin arasında üsyançıların məşhur liderlərindən Səid Buryatski kimi tanınan Aleksandr Tixomirovun da olduğu deyilir.

XS
SM
MD
LG