Accessibility links

Yunanıstanda polis nümayişçilərlə toqquşub


Yunanıstanda polis nümayişçilərlə toqquşub
Yunanıstanda polis nümayişçilərlə toqquşub

<!-- IMAGE -->

Afinada polis və Yunanıstan hökumətinin büdcə defisitini azaltmaq ölçülərinə qarşı çıxan nümayişçilər toqquşublar. Bir neçə min adamdan ibarət kütlə polisə daş atıb və polis cavabında gözyaşardıcı qazdan istifadə edib. Ən azı bir milyon işçi bütün Yunanıstan boyu tətildədir. Ölkə boyu uçuşlar təxirə salınıb, məktəvlər və xəstəxanalar fəaliyyətini dayandırıb. Yunanıstanın iki ən iri həmkarlar ittifaqları hökumətin xərclərə nəzarət tədbirlərinin yoxsullara mənfi təsir göstərəcəyini və ölkənin iqtisadi problemlərini pisləşdirəcəyini deyir. Ötən həftə Afina satış vergilərini artırmış, dövlət qulluqçularının maaşlarını kəsmiş və pensiya fondunda 6.5 milyard dollar həcmində maliyyə vəsaitini dondurmuşdur.

XS
SM
MD
LG