Accessibility links

Co Bayden İsraillə Fələstini təcili danışıqlara çağırır


Co Bayden İsraillə Fələstini təcili danışıqlara çağırır
Co Bayden İsraillə Fələstini təcili danışıqlara çağırır

Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden deyib ki,İsrailin Şərqi Qüdsdə 1600 yaşayış binası inşa edəcəyi barədə planını həyata keçirəcəyini deməsinə baxmayaraq, İsraillə Fələstin arasında danışıqlar tez bir zamanda başlamalıdırldr. İsrail və Fələstin bölgələrində səfərdə olan cənab Bayden Tel Əviv universitetində etdiyi çıxışı zamanı deyib ki, inkişafda fasilə olanda ekstremistlər bundan sui-istifadə edirlər. Fələstin tərəfi danışıqlara yalnız İsrailin Qüdsdə yeni inşaat planını təxirə salmasından sonra başlayacağını deyir.

Bu gün etdiyi çıxışı zamanı cənab Bayden deyib ki, İsrailin baş naziri Benyamin Netanyahu inşa işlərinə bir neçə ildən sonra başlanacağını bildirib ki, bu da İsrail-Fələstin danışıqlarında hansısa nəticə əldə edilməsinə vaxt verir. İsrailə səfərindən sonra Co Bayden kral Abdulla ilə görüşmək üçün İordaniyaya gedəcək.

XS
SM
MD
LG