Accessibility links

Ukrayna parlamenti yeni baş naziri təsdiq etdi


Ukrayna parlamenti yeni baş naziri təsdiq etdi

Ukrayna parlamenti yeni baş naziri təsdiq etdi

<!-- IMAGE -->

Ukrayna parlamenti prezident Viktor Yanukoviçin yaxın siyasi müttəfiqi Mikola Azarovu baş nazir vəzifəsinə təsdiq edib.

Rusiyada anadan olmuş Azarovun hökumət başçısı kimi təsdiq edilməsilə bağlı səsvermə Regionlar partiyasının yeni prezidentinin başçılıq etdiyi hakim koalisiyanın yaradılmasından sonra bu gün keçirilmişdir.

Səsvermədən öncə cənab Azarov korrupsiyanın kökünü kəsmək və ölkə iqtisadiyyatını sabitləşdirməyə söz verib. Keçmiş maliyyə naziri qeyd edib ki, əvvəlki hökumətin dövründə ölkənin borcu üçqat artmışdır.

Azarov koalisiyasına Kommunist partiyası və parlamentin spikeri Volodimir Litvinin başçılıq etdiyi partiya daxildir.

XS
SM
MD
LG