Accessibility links

Vladimir Putin Hindistana səfərə başlayır


Vladimir Putin Hindistana səfərə başlayır
Vladimir Putin Hindistana səfərə başlayır

Rusiyanın Baş naziri Vladimir Putin rəsmi Dehli ilə hərbi və nüvə texnologiyaları sahəsində 10 milyard dollarlıq müqavilələri yekinlaşdırmaq məqsədilə bu gün Hindistana rəsmi səfərə başlayır.

Cənab Putinin bu gün Dehliyə yetişəcəyi və cümə günü Hindistan rəsmiləri görüşüb hərbi və nüvə sahələrində müqavilələrin imzalanması mərasimində iştirak edəcəyi gözlənilir.

Hindistan mətbuatının verdiyi xəbərlərə görə, Dehli Rusiyanın Hindistan üçün müasirləşdirdiyi Sovet dövrünün təyyarə daşıyan gəmiləri üçün daha artıq pul ödəməyə hazır olacaq.

Hindistan 2004-cü ildə Admiral Qorşkov gəmisini 1 milyard dollardan aşağı qiymətə almağa razı olmuşdu, lakin indi 2.3 milyard dollar təklif ediləcəyi gözlənilir.

Rusiya gəmini Hindistana 2008-ci ildə təhvil verməyi planlaşdırırdı, lakin qiymətlə bağlı mübahisələrə görə bunu gecikdirmişdi.

XS
SM
MD
LG