Accessibility links

ABŞ Dövlət Departamenti 2009-cu ildə insan hüquqları barədə illik hesabatını açıqlayıb


ABŞ Dövlət Departamenti 2009-cu ildə insan hüquqları barədə illik hesabatını açıqlayıb
ABŞ Dövlət Departamenti 2009-cu ildə insan hüquqları barədə illik hesabatını açıqlayıb
<!-- IMAGE -->

ABŞ dövlət katibi Hillari Klinton Dövlət Departamentinin dünya miqyasında insan hüquqlarının vəziyyəti barədə hazırladığı hesabatın təqdimatı münasibətilə verdiyi bəyanatda deyib ki, insan hüquqlarının qorunması hər bir insanın şərəf və ləyaqətinə onun əsas hüququ kimi hörmət edilməsi barədə öhdəliklə başlayır.

Hesabatın Azərbaycana məxsus hissəsində deyilir ki, 2008-ci il prezident seçkiləri, Mart ayında keçirilən referendum və Dekabr ayındakı bələdiyyə seçkiləri vətəndaşların hakimiyyəti dinc yolla dəyişmə hüquqlarını məhdudlaşdırıb. 2009-cu ildə dörd nəfər nəzarət altında ikən işkəncə və döyülmə nəticəsində həyatını itirib. Hesabatda həbsxanalarda şəraitin yaxşı olmadığı, hökumətin müxalif fikirli olaraq nəzərdə tutduğu insanların siyasi səbəblər əsasında nəzarət altına alındığı, ədliyyə və hüquq mühafizə orqanları da daxil olmaqla korrupsiyanın geniş surətdə yayıldığı bildirilir və xüsusi ilə siyasi təşkilatlatma, dinc yolla nümayiş keçirmə və dini fəaliyyətlər məqsədi ilə toplaşma azadlığına tətbiq olunan məhdudiyyətlərin davam etdiyi deyilir.


ABŞ dövlət katibi bildirib ki , Dövlət Departamentinin hər il hazırladığı bu hesabatlar dünyanın hər tərərfindəki insan hüquqları müdafiyəçiləri, jurnalistlər, insan hüquqlarının pozulması hallarını sənədləşdirən və bu hüquqlar uğrunda görülən işlər barədə məlumat yayan insanlar üçün mühüm bir vasitədir.

O hesabatın ABŞ hökuməti də daxil olmaqla dünyanın daha çox ölkəsində daha çox insanın hüquqlarının müdafiyə olunmasına çalışan hökumətlərin bu sahədəki strategiyalarını müəyyənləşdirmələrinə də kömək etdiyini bildirib. O söyləyib ki, ABŞ-ın dünya ölkələri barədə ki, siyasət və strategiyalarını müəyyənləşdirəndə insan hüquqları barədə hesabatlardan da istifadə olunur. Hansısa bir ölkə barədə fəaliyyət göstərən ABŞ rəsmiləri həmin ölkədəki vəziyyət barədə bu hesabatda göstərilən faktlardan istifadə edir.



XS
SM
MD
LG