Accessibility links

Dəyirmi Masa: Soyqırım qətnaməsi və ABŞ-Türkiyə münasibətləri


Dəyirmi Masa: Soyqırım qətnaməsi və ABŞ-Türkiyə münasibətləri
Dəyirmi Masa: Soyqırım qətnaməsi və ABŞ-Türkiyə münasibətləri

<!-- IMAGE -->

Ötən həftə ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində erməni soyqırımı barədə qətnamə qəbul edildi. Buna cavab olaraq Türkiyə Vaşinqtondan səfirini geri çağırdı. Rəsmi Ankara Obama administrasiyasına xəbərdarlıq etdi ki, əgər qətnamə layihəsi Konqres səsverməsində təsdiq olunarsa bu Türkiyə ilə münasibətlərə ciddi zərbə enidərəck. Qətnamyə layihəsinin taleyi Türkiyə iə bərabər Ermənistanla münaqişədə olan Azrbnaycanda da yaxından izlənilir. Türkiyə-ABŞ və Azərbaycan ABŞ münasibətləri kontekstində "Erməni Təhcirini" müzakirə etmək üçün həftənin dəyirmi masa söhbətinə hazırda Vaşinqtonda səfər olan tarixçi və millət vəkili Cəmil Həsənli və Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclunu dəvət etdik.

Tarixçi Cəmil Həsənli tarix məsələləri ilə bağlı müzakirələrin tarixçilərin öhdəsinə buraxılmağın vacibliyini vurğuladı. O, qeyd etdi ki, ABŞ Konqresində bu məsələnin müzakirəyə çıxarılması siyasi motivlərdən qaynaqlanır. Tarixin özünə gəldikdə isə məsələ kifayət qədər debatlı bir mövzudur. Belə ki, 1915-ci il hadisələrində ermənilərlə yanaşı çox sayda türk həyatını itirib. Buna misal olaraq o, bir sıra Qərb mənbələrindən sitat gətirdi. Qətnamənin ABŞ-Türkiyə münasibətlərinə təsirindən danışan Ərəstun Oruclu ABŞ-Türkiyə müttəfiqliyinin özəlliyindən bəhs etdi. ABŞ-ın Yaxın Şərqdəki maraqları və bu maraqlarda Türkiyənin oynadığı müstəsna rolunu qeyd edən cənab Oruclu ümid etdiyini bildirdi ki, qətnamə layihəsi Konqresin ümumi səsverməsinı çıxarılmayacaq və prezident tərəfindən təsdiq olunmayacaq. Onun sözlərinə görə hadisələrin bu cür gedişatı tarixi müttəfiq münasibətlərinə xələl gətirmiş olar.

XS
SM
MD
LG