Accessibility links

Dağıstanda yük qatarında partlayış baş verib


Dağıstanda yük qatarında partlayış baş verib

Dağıstanda yük qatarında partlayış baş verib

Rusiyanın nəqliyyat üzrə rəsmilərinin verdikləri məlumata görə ölkənin zorakılıqların baş alıb getdiyi Dağıstan respublikasında yük qatarında baş verən partlayış 14 vaqonun relsdən çıxmasına səbəb olub. Maxaçqala yaxınlığında baş verən partlayış zamanı xəsarət alanların olmadığı deyilir. Nəqliyyat rəsmiləri partlayışın sərnişin qatarlarının gecikmələrinə səbəb ola biləcəyini bildirirlər. Çeçenistan respublikası ilə qonşu olan Dağıstanda artıq uzun zamandır ki, zorakılıqlar davam etməkdədir.

Rusiyanın təhlükəsizlik qüvvələri ilə regiondakı İslamçı separatçılar arasındakı qarşıdurmalar yaraqlıların Şimali Qafqazın digər bölgələrinə səpələnməsinə səbəb olub.

XS
SM
MD
LG