Accessibility links

ABŞ Dövlət katibi BMT-də qadın konfransında çıxış edəcək


ABŞ Dövlət katibi BMT-də qadın konfransında çıxış edəcək

ABŞ Dövlət katibi BMT-də qadın konfransında çıxış edəcək

<!-- IMAGE -->

ABŞ Dövlət katibi Hillari Klinton Pekində BMT-nin Ümumdünya Qadın konfransının 15-ci ildönümü münasibətilə bu gün BMT-də çıxış edəcək.

Klinton 1995-ci ildə konfransa birinci xanım kimi qatılmışdı və orada çıxışında insan hüquqları və qadın hüquqlarına ayrı-ayrı məsələlər kimi baxılmalı olmadığı məsələsini qaldırmışdı. O, dünya ölkələrində qadınlara qarşı zorakılıqları qeyd etmiş və Çini qadın məsələlərinin azad və açıq şəkildə müzakirəsini məhdudlaşdırdığına görə tənqid etmişdi.

Dünyanın bir sıra ölkələrinin hökumətləri öz ölkələrində qadınların tərəqqisini inkişaf etdirmək məqsədilə 12 hissədən ibarət olan Pekin Deklaraiyası və Fəaliyyətlər Platforması adlı sənədə imza atmışdı.

BMT hökumətlər və qeyri-hökumət təşkilatlarının bu məqsədlərə nail olmaq istiqamətində əldə edilmiş inkişafa qiymət vermək üçün bu həftə konfrans keçirir.


XS
SM
MD
LG