Accessibility links

Rusiya Hindistanda azı 12 nüvə reaktoru inşa edəcəyini bildirib


Rusiya Hindistanda azı 12 nüvə reaktoru inşa edəcəyini bildirib

Rusiya Hindistanda azı 12 nüvə reaktoru inşa edəcəyini bildirib

<!-- IMAGE -->

Rusiya Nüvə Agentliyinin rəhbəri, yarısı qarşıdan gələn 7 ildə başa çatmaqla, Rusiyanın Hindistanda azı 12 nüvə reaktoru inşa edəcəyini bildirib. Sergey Kiriyenkonun bildirdiyinə görə, reaktorlardan altısı 2012-ci ildən 2017-ci illər arasında inşa ediləcək. Bu açıqlamalar Rusiyanın baş naziri Vladimir Putinin Hinditana səfəri zamanı verilib. Bundan əvvəl isə cənab Putin nüvə enerjisi sahəsinin Rusiya ilə Hindistan arasındakı münasibətlərdə ən çox əməkdaşlıq aparılan sahə olduğunu demişdi. O, Rusiyanın nüvə reaktorlarının inşası da daxil edilməklə, nüvə yanacağı təchizatı və nüvə tullantılarının zərərsizləşdirilməsi kimi sahələrdə Hindistanla birlikdə çalışdığını bildirmişdi.

Rusiya ilə Hindistan arasındakı razılığa əsasən Hindistan Rusiyanın Sovet dövründən qalan təyyarə daşıyan gəmisi "Admiral Qorşkov"-u satın almağı da qəbul edib. Hindistan 2004-cü ildə həmin gəmi üçün Rusiyaya bir milyard dollar təklif etmişdi. İndi isə Hindistan Rusiyanın həmin gəmisi üçün 2.3 milyard dollar ödəməyə razılıq verib. Razılığa əsasən Rusiya gəmini modernləşdirəndən sonra Hindisdana verəcək. Gəminin Hindisdana 2012-ci ildə təhvil verilməsi planlaşdırılıb. Cənab Putinin səfəri zamanı Hindistana 29 MİQ qırıcı təyyarəsinin satışı barədə də razılıq əldə edilməsi gözlənilir.


XS
SM
MD
LG