Accessibility links

Respublikaçı senator Demokratların səhiyyə islahatları planını tənqid edir


Respublikaçı senator Demokratların səhiyyə islahatları planını tənqid edir
Respublikaçı senator Demokratların səhiyyə islahatları planını tənqid edir

<!-- IMAGE -->

Senata yeniçə seçilmiş Respublikaçı senator hesab edir ki, Vaşinqton öz prioritetlərini düzgün müəyyənləşdirməli və Konqresdə nəzərdən keçirilən səhiyyə islahatları planını bir kənara qoymalıdır. Respublikaçıların həftəlik radio müraciətində Massaçusets senatoru Skott Braun deyir ki, Demokratlar və prezident Barak Obama Amerika xalqının istəmədiyi planı təsdiq etdirməyə çalışırlar. O, deyib ki, yanvar ayında xüsusi seçkiləridəki qələbəsi ictimaiyyətin cənab Obamanın planına qarşı müsajı idi. Cümə günü Ağ Ev rəsmiləri məlumat veriblər ki, cənab Obama səhiyyə islahatlarının qəbuluna diqqət yetirmək üçün İndoneziya və Avstraliyaya planlaşdırılmış səfərini 3 gün yubadacaq.

XS
SM
MD
LG