Accessibility links

Pakistanda intiharçı hücumu baş verib


Pakistanda intiharçı hücumu baş verib

Pakistanda intiharçı hücumu baş verib

<!-- IMAGE -->

Pakistan polisi bildirir ki, intiharçının ölkənin şiml-qərbindəki Svat vadisində hücumu nəticəsində azı 13 nəfər həlak olub, 50-dən çox adam isə yaralanıb. Bu, cari həftədə baş verən üçüncü intihar hücumdur. Polisin dediyinə görə, intiharçı özünü Səydu Şərif şəhərindəki təhlükəsizlik yoxlama məntəqəsinin yaxınlığında partladıb. Rəsmilər deyirlər ki, həlak olanların arasnda 2 əsgər və azı 2 polis də var. Dünən Lahorda intiharçının hücumu 55 nəfərin həlak olmasına bais olmuşdu. Şahidlərin dediklərinə görə, intiharçının hədəfi hərbi maşın karvanı idi. Həlak olanların 10-u əsgərdir. Taliban yaraqlıları hücumun məsuliyyətini öz üzərlərinə götürüblər.

XS
SM
MD
LG