Accessibility links

Fransa xarici işlər naziri Avropa Birliyinin İrana qarşı sanksiyalar üzərində düşündüyünü bildirib


Fransa xarici işlər naziri Avropa Birliyinin İrana qarşı sanksiyalar üzərində düşündüyünü bildirib
Fransa xarici işlər naziri Avropa Birliyinin İrana qarşı sanksiyalar üzərində düşündüyünü bildirib

<!-- IMAGE -->

Fransanın Xarici İşlər naziri Bernard Kuşner deyib ki, Avropa dövlətləri BMT İrana qarşı öz sanksiyalarını tətbiq edə bilməsə, birtərəfli şəkildə sanksilar təklif edə bilər.

Bu gün Finlandiyada Avropa Birliyinin xarici işlər nazirlərinin iclası çərçivəsində müxbirlərlə danışan Kuşner bildirib ki, ilk növbədə səylər BMT Təhlükəsizlik Şurasında qətnamənin qəbul edilməsi istiqamətinə yönəlməlidir. Lakin o deyib ki, bu, baş verməsə, Fransa İranın bankları və sığorta şirkətləri, habelə müəyyən adamların səfərlərinə sanksiyalar tətbiq edə bilər.

Şənbə günü Finlandiyanın xarici işlər naziri Aleksandr Stab deyib ki, Avropa Birliyi daxilində İrana qarşı birtərəfli qaydada sanksiyaların tətbiq olunması üçün kifayət qədər razılıq var.

XS
SM
MD
LG