Accessibility links

Qırıcı təyyarələr Pakistanla Əfqanıstan sərhədində hücumlar həyata keçirmişlər


Qırıcı təyyarələr Pakistanla Əfqanıstan sərhədində hücumlar həyata keçirmişlər
Qırıcı təyyarələr Pakistanla Əfqanıstan sərhədində hücumlar həyata keçirmişlər
<!-- IMAGE -->

Pakistan rəsmilərinin bildirdiyinə görə, döyüş təyyarələrinin Əfqanıstanla sərhəddə keçirdiyi bomba hücumları zamanı yaraqlı olmaqda şübhəli bilinən azı 13 nəfər öldürülüb. Rəsmilər əməliyyatlar zamanı qəbilələrin yaşadığı Orazkay bölgəsində Taliban yaraqlılarının gizləndiyi evlərinhədəf alındığını bildirmişlər. Hücumlar zamanı yaraqlı liderləri arasında ölənlərin olduğu barədə məlumat verilməyib.

Keçən həftə Pakistanda bir neçə intiharçı hücumu həyata keçirilmişdi. Lahor şəhərində bazar ertəsi hücum 13 nəfərin, çümə günü başqa bir hücum isə 55 nəfərin ölümü, şənbə günü Svat vadisindəki intihat hücumu 13 nəfərin ölümü ilə nəticələnmişdi. Bütün hücumların məsuliyyətini Taliban yaraqlıları öz üzərlərinə götürmüşlər. Rəsmilər Talibanın hücumları əsasən qəbilələrin yaşadığıbölgələrdə istinadgahlarından idarə etdiklərini deyirlər.


XS
SM
MD
LG