Accessibility links

Fransada səsvermə mühafizəkarlar üçün böyük məğlubiyyət ola bilər


Fransada səsvermə mühafizəkarlar üçün böyük məğlubiyyət ola bilər

Fransada səsvermə mühafizəkarlar üçün böyük məğlubiyyət ola bilər

<!-- IMAGE -->

Fransada yeni regional hökumətlərə seçkilər 30 aydır hakimiyyətdə olan prezident Nikola Sarkozi hökumət üçün referendum hesab edilir.

Bu, qlobal iqtisadi böhranın Fransada işsizlik səviyyəsini son on ildə ən yüksək səviyyəyə qalxmasından sonra ölkədə keçirilən ilk seçkidir.

Cənab Sarkozi seçkinin yerli məsələlərə aid olduğunu deyərək, onun əhəmiyyətini azaltmağa çalışır.

Seçkidən öncə keçirilmiş rəy sorğuları bazar günü seçici fəallığının az olacağını və səs verməyə gələnlərin cənab Sarkozi və onun mühafizəkar partiyasından narazılıqlarını ifadə edəcəklərini göstərirdi.

Fransanın Daxili İşlər nazirliyi günortaya qədər seçicilərin yalnız 16 faizinin səsvemə məntəqələrinə gəldiyini bildirmişdir.

İlkin nəticələrin bu gün sonra açıqlanacağı gözlənilir.


XS
SM
MD
LG