Accessibility links

ABŞ-ın İsrailin yeni yaşayış məntəqələrinin inşası planını tənqid etməsi İsraili çıxılmaz vəziyyətdə qoyub


ABŞ-ın İsrailin yeni yaşayış məntəqələrinin inşası planını tənqid etməsi İsraili çıxılmaz vəziyyətdə qoyub
ABŞ-ın İsrailin yeni yaşayış məntəqələrinin inşası planını tənqid etməsi İsraili çıxılmaz vəziyyətdə qoyub
<!-- IMAGE -->

Birləşmiş Ştatların Dövlət katibi Hillari Klinton qəzəblənərək, cümə günü cənab Netanyahuya zəng etmiş və demişdir ki, İsrailin Şərqi Qüdsdə yeni yəhudi yaşayış məntəqəsinin inşasını elan etməsi Yaxın Şərq sülh prosesi və ABŞ-la münasibətlərə olduqca mənfi təsir göstərəcək.

İsrail yeni yaşayış məntəqlərinin inşasını keçən həftənin çərşənbə axşamı Birləşmiş Ştatların vitse-prezidenti Co Baydenin bölgədə səfərdə olduğu vaxt açıqlamışdır. Xanım Klinton inşa planlarının məhz bu vaxt elan edilməsini təhqir kimi qiymətləndirmişdir. Cənab Netanyahu bu elanın onun xəbəri olmadan,ölkənin Daxili İşlər Nazirliyi tərəfindən verildiyini və bu inkişafların bilərəkdən eyni vaxt baş vermədiyini bildirmişdir. O, cənab Baydendən üzr istəyərək, bu anlaşılmazlığa son qoyulduğuna ümid etdiyini demişdir.

Israillə Birləşmiş Ştatlar arsında münasibətlərdə soyuqluq prezident Barak Obamanın bir il bundan əvvəl vəzifəsinin icrasına başlamasından və yəhudi yaşayış məntəqələrinin inşasının tamamilə dayandırılmasını tələb etməsindən sonra yaranamışdır. İsrailin bu tələbi rədd etsə də, İordan Çayının Qərb sahilindəki bəziinşa işlərini dayandırdı.

İsrailin inşaata başlanılması haqda bəyanatı 14 aydır dayandırılan və Birləşmiş Ştatların yardımı ilə yenidən bərpasıbarədə razılıq əldə edilən sülh danışıqlarına hədədir. Fələstinlilər isə danışıqlara yalnız İsrailin Şərqi Qüdsdə yeni inşaat planını təxirə saldıqdan sonra qayıdabiləcəklərini deyirlər.


XS
SM
MD
LG