Accessibility links

ABŞ Gürcüstanın teleleviziya kanalını Rusiyanın işğalı barədə nümayiş etdirdiyi saxta kadrlara görə tənqid edib

<!-- IMAGE -->

Birləşmiş Ştatlar Gürcüstan özəl teleleviziya kanalını Rusiyanın işğalı barədə nümayiş etdirdiyi saxta kadrlara görə tənqid edərək, belə hərəkətləri məsuliyyətsizlik adlandırıb. Birləşmiş Ştatlar səfiri Con Bass dünən gecə Rusiya tanklarının Tbilisiyə girdiyini göstərən kadrları nümayiş etdirən və prezident Mixail Saakaşvilinin qətlə yetirildiyini deyən İmedi telekanalını tənqid etmişdir. Gürcüstanın dövlət televiziyası ilə çıxış edən səfir İmedi kanalının jurnalistika standartlarına zidd hərəkət etdiyini və Gürcüstanın təhlükəsizliyini risk altına qoyduğunu demişdir.

Müxalifətin bəzi nümayəndələri bu reportajın yayımlanmasına görə prezident idarəsini günahlandırıb.

XS
SM
MD
LG