Accessibility links

Tehranda Mehdi Kərrubinin evi qarşısında nümayiş keçirilib


Tehranda Mehdi Kərrubinin evi qarşısında nümayiş keçirilib

Tehranda Mehdi Kərrubinin evi qarşısında nümayiş keçirilib

<!-- IMAGE -->

İran perezidenti Mahmud Əhmədinejadın tərəfdarları olduqları irəli sürülən əlliyə yaxın adam dünən müxalifət liderlərindən Mehdi Kərrubinin evinə həmlə edərək onun əleyhinə şüarlar səsləndirdilər. Nümayişçilər, İran parlamentinin keçmiş sədri Mehdi Kərrubi, müxalifət lideri və ölkənin İran-İraq savaşı dövründəki baş naziri Mir Hüseyn Musəvi və İranın keçmiş perezidenti Məhəmməd Xatəmi əleyhinə şüarlar bağırıblar. Hücumu əks etdirən şəkillər müxtəlifətin İnternet saytlarında yayılıb.

Etirazçılar İran-İraq savaşında ölənlərin adından Əhmədinəjada qarşı olan müxalifət liderlərinin mühakimə olunmalarını tələb ediblər. Onlar Kərrubini savadsız adlandırıb və müxalifət liderinin İsrailin agenti olduğunu irəli sürüb.

Mehdi Kərrubiyə yaxın olan "Səham Niyaz" saytı bu barədə onun həyat yoldaşı Fatimə Kərrubi ilə müsahibə aparıb. Fatimə Kərrubi deyir ki, biz, onları video-lentə yazmışıq: “Onlar 5-i xanım olmaqla 50 nəfər idilər. Polis, orada idi. Amma etirazçıların başçısı polisin rəhbəri ilə danışandan sonra polis kənara çəkildi. Bunlar dövlətin adamlarıdır və istəyirlər ki, Mehdi Kərrubinin ifşa etdiyi Kəhrizək zindanında olan cinayətləri yeniden ört-basdır etsinlər”.

Xanım Fatimə iddia edir ki, iki həftə əvvəl də əmniyyət məmurları, onların evinə gələrək növbətçiyə hədə-qorxu gələndən sonra evə giriblər. O, evə casusluq üçün cihazların yerləşdirilməsi ehtimalını istisna etmir. Fatimə Kərrubi bu barədə, İttilaat vəzirinə məktub müraciət ünvanladığını və bu məktuba cavab almadığı təqdirdə məktubun mediada nəşr ediləcəyini bildirib.

Fatimə Kərrubi ərinin xalqa qarşı cinayətlərin üstünü açdığına görə hədələrə, təqib və təzyiqlərə məruz qaldığını, oğlanlarından birinə həbsdə işgəncə verildiyini, iki oğlunun isə xaricə getməsinə imkan verilmədiyini deyib.

XS
SM
MD
LG