Accessibility links

ATƏT Helsinki Komissiyası Azərbaycan hökumətini sərt tənqid edib


ATƏT Helsinki Komissiyası Azərbaycan hökumətini sərt tənqid edib
ATƏT Helsinki Komissiyası Azərbaycan hökumətini sərt tənqid edib

<!-- IMAGE -->

ABŞ Helsinki Komissiyasının liderləri Azərbaycanda məhkəmə həbs olunmuş blogerlər Emin Milli və Adnan Hacızadənin appelyasiya müraciətini rədd etdikdən sonra Azərbaycan hökumətini kəskin tənqid edib. “Bu Azərbaycanda vətəndaş cəmiyyətinə və müstəqil jurnalizmə vurulan zərbələrdən sonuncusudur,” deyə ATƏT Helsinki Komissiyasının sədri Senator Bencamin Kardin bildirib. “ATƏT-n media azadlığı üzrə nümayəndəsinin Azərbaycanı niyə görə ATƏT məkanında ən çox jurnalist həbs edən ölkə kimi dəyərləndirməsi aydındır.” Komissiyanın həmsədri konqresmen Elsi Heystinqs bu məsələnin Azərbaycanda ədliyyə sisteminin müstəqil olmamasına dəlalət etdiyini söyləyib. Dekabrın 11-də ABŞ qanunvericilərindən ibarət qrup prezident İlham Əliyevə məktub göndərərək blogerlərin həbsini “aşkar ədalətsizlik” adlandırmışdılar. Əliyev hökuməti məktuba cavab verməyib. Respublikaçı konqresmen Robert Aderholt blogerlərinin həbsinin gələn il keçiriləcək parlament seçkilərindən öncə fərqli düşünbcələri susdurmaq cəhdi kimi qiymətləndirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG