Accessibility links

General Petreas: İran regionda sabitliyə başlıca təhlükə olaraq qalır


General Petreas: İran regionda sabitliyə başlıca təhlükə olaraq qalır

General Petreas: İran regionda sabitliyə başlıca təhlükə olaraq qalır

<!-- IMAGE -->


ABŞ-ın Yaxın Şərq və Mərkəzi Asiya regionlarında baş komandiri general Deyvid Petreas deyib ki, İranınBMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyərək nüvə proqramnı davam etdirməsi bölgədə sabitliyə əsas təhlükə olaraq qalır.

General Petreas bu gün Senatda dinləmələr zamanı bildirib ki, əgər İran nüvə silahı istehsal etmək qabiliyyətinə maliik olsa, bu, regionda qeyri-sabitlik və silah yarışına gətirib çıxaracaq. Onun sözlərinə görə, İran İraq, Livan, Qəzza zolağı və az səviyyədə Əfqanıstanda ekstremist elementlərə silah və yardım verməyə, habelə onları idarə etməyə davam edir. O, İranın bu ölkələrin daxili siyasətinə müdaxilə etməyə davam etdiyini bildirib.

Əfqanıstana gəldikdə, ABŞ generalı Taliban əleyhinə mübarizədə inkişafın olacağını qabaqcadan söyləyib, lakin bildirib ki, qarşıda ağır döyüşlər və ara-sıra geriləmələr olacaq.


XS
SM
MD
LG