Accessibility links

Qırğızıstanda etiraz aksiyası keçirilib


Qırğızıstanda etiraz aksiyası keçirilib

Qırğızıstanda etiraz aksiyası keçirilib

<!-- IMAGE -->

3,000 nümayişçi Qırğızıstan paytaxtı Bişkekdə toplaşaraq hökumətin qanun pozuntularına və bərbad iqtisadi duruma etirazlarını bildiriblər. Çərşənbə günü keçirilən etiraz aksiyasında müxalifət lideri Omurbek Tekebayev nümayişçilərə deyib ki, onlar hakimiyyəti öz əllərinə almalıdırlar. Şikayətlər sırasında prezident Kurmanbek Bakiyevə tənqidi münasibət bəsləyən media orqanlarına çıxışın məhdudlaşdırılması yer alıb. İnsan haqları müdafiəçiləri deyirlər ki, qırğız vətəndaşlar Qırğızıstan dövlət müşavirinə qarşı qaldırılmış cinayət işindən bəhs edən Rusiya xəbər vebsaytlarına daxil ola bilmirlər. Azadlıq Radiosunun qırğız xidmətinin verilişlərinə çıxış da məhdudlaşdırılıb. Rəsmi Bişkək xəbər təşkilatlarına məhdudiyyət qoyduğunu inkar edir.

XS
SM
MD
LG