Accessibility links

Çin iqtisadiyyatı inflyasiya təhlükəsi ilə üzləşir


Çin iqtisadiyyatı inflyasiya təhlükəsi ilə üzləşir

Çin iqtisadiyyatı inflyasiya təhlükəsi ilə üzləşir

<!-- IMAGE -->

Dünya Bankı bildirir ki, Çin iqtisadiyyatı 2010-cu ildə 9.5 faiz artacaq, lakin qurum əlavə edib ki, dünyanın üçüncü ən iri iqtisadiyyatı inflyasiyaya nəzarət etməli və iqtisadiyyatı ifrat şəkildə qızmaqdan qorumalıdır. Vaşinqtonda qərargahlanan təşkilat proqnozlarını Çinin iqtisadi durumu haqda rüblük hesabatda açıqlayıb. Pekin ötən il ölkəni qlobal iqtisadi tənəzzüldən çıxarmaq üçün bir sıra ölçülər götürmüş, o cümlədən 586 milyard dollarlıq stimul paketini işə salmışdır. Lakin ifrat pul təchizatının inflyasiyaya apara biləcəyini və pis borcların çoxalacağından ehtiyat edərək, hökumət kreditlərə nəzarəti sərtləşdirmişdir. Dünya Bankı Çində bu il inflyasiyanın yüksək olacağını, amma nəzarətdən çıxmayacağını bildirib.

XS
SM
MD
LG