Accessibility links

Birləşmiş Ştatlarla İsrail aralarındakı ən kəskin mübahisəni aradan qaldırmağa çalışırlar


Birləşmiş Ştatlarla İsrail aralarındakı ən kəskin mübahisəni aradan qaldırmağa çalışırlar

Birləşmiş Ştatlarla İsrail aralarındakı ən kəskin mübahisəni aradan qaldırmağa çalışırlar

<!-- IMAGE -->

Birləşmiş Ştatlar və İsrail illərdən bəri aralarında yaranmış ən kəskin mübahisəni nizama salmaq üçün əlaqələrindəki yaxınlığı vurğulayan bəyanatlarla çıxış ediblər. Bu yaxınlarda İsrailin yəhudi yaşayış məntəqələrinin inşa planını tənqid edən ABŞ dövlət katibi Hillari Klinton dünən deyib ki, o, İsraillə Birləşmiş Ştatlar arasındakı münasibətdə böhran əmələ gəldiyini düşünmür. Xanım Klinton eləcə də, Birləşmiş Ştatların İsraillə sarsılmaz əlaqələrinin olduğunu deyib.

İsrailin baş naziri Benyamin Netanyahu, İsrailin xanım Klintonun ABŞ-ın İsraillə münasibətlər və təhlükəsizlik məsələsinə münasibəti barədə dediklərinə görə dövlət katibinə təşəkkürünü bildirib. Bunlarla yanaşı xanım Klinton İsrailin keçən həftə açıqladığı inşa planının narazılığa və narahatlıqlara səbəb olduğunu bir daha təkrar edib.

Fələstinlilər gələcəkdə dövlətlərinin paytaxtı elan edəcəkləri şəhərdə inşa planının təxirə salınmasını tələb edirlər.

XS
SM
MD
LG