Accessibility links

ABŞ hərbi təyyarələri Şimali Vəziristanda hücumlarını davam etdirir


ABŞ hərbi təyyarələri Şimali Vəziristanda hücumlarını davam etdirir

ABŞ hərbi təyyarələri Şimali Vəziristanda hücumlarını davam etdirir

Pakistanın təhlükəsizlik rəsmiləri artıq ikinci gündür Birləşmiş Ştatların qəbilələr yaşayan Şimali Vəziristan bölgəsində həyata keçirdiyi raket hücumları zamanı azı 9 yaraqlının öldürüldüyünü bildirirlər. Rəsmilərin dediyinə görə, bu gün naməlum hərbi təyyarə Şimali Vəziristanın Miran Şah şəhəri yaxınlığında içərisində militantlar olan maşını hədəf almışdır. Rəsmilər digər bir yaşayış məntəqəsində də eyni vaxtda iki raket hücumu həyata keçirildiyini deyirlər.

Pakistan rəsmiləri dünən də ABŞ qırıcı təyyarəsinin yaraqlıların Datta Xel regonundakı bazasına etdiyi hücum zamanı azı 10 yaraqlının öldürüldüyünü bildirmişdilər.

XS
SM
MD
LG