Accessibility links

Türkiyə Ermənistanı mühacirlərin deportasiyası ilə təhdid edir


Türkiyə Ermənistanı mühacirlərin deportasiyası ilə təhdid edir

Türkiyə Ermənistanı mühacirlərin deportasiyası ilə təhdid edir

<!-- IMAGE -->

Türkiyə baş naziri 100 min qeyri-qanuni erməni mühacirin ölkədən çıxarıla biləcəyini bildirib. Bu gün ABŞ və İsveçdə Erməni “soyqırımı” layihəsinin qəbulu barədə suala cavabında baş nazir Rəcəb Tayyip Ərdoğan xəbərdarlıq edib ki, kütləvi deportasiya baş verə bilər. Cənab Ərdoğan BBC-nin Türkiyə xidmətinə açıqlamasında Türkiyədə 170 min erməninin yaşadığını ancaq onlardan yalnız 70 mininin vətəndaş olduğunu bildirib. Onun sözlərinə görə, onun qanunsuz mühacirləri ölkədə saxlamaq barədə öhdəliyi yoxdur. Qeyd edək ki, Türkiyə rəsmiləri ABŞ Konqres komitəsinin və İsveç parlamentinin keçirdiyi səsverməni tənqid edərək onların Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq səylərini çətinləşdirdiyini bildirib.

XS
SM
MD
LG