Accessibility links

İranda 6 etirazçı edama məhkum olub


İranda 6 etirazçı edama məhkum olub
İranda 6 etirazçı edama məhkum olub
<!-- IMAGE -->

Tehran ədliyyəsinin bir rəsmisi elan edib ki, prezident seçkilərinin nəticələrinə qarşı etiraz nümayişlərinin iştirakçılarından 6 adam edama məhkum olub. Abbas Cəfəri Devlətabadi məhkumların adları və ittihamlarına işarə etməyib. İranda prezident seçkilərindən indiyə qədər keçən 9 ay ərzində təşkil edilən etiraz nümayişləri zamanı 5000-dən çox etirazçının saxlandığı bildirilir.
İranın Fars xəbər agentiliyinin bildirdiyinə görə, məhkəmənin rəsmisi Tehran ədliyyəsinin hakimlərindən Ayətullah Nuri Həmədani ilə görüşü zamanı bu barədə bəyanatla çıxış edib. Onun sözlərinə görə edama məhkum olanlar Aşura günü etiraz nümayişinə çıxanlardandırlar. Edam hökmləri ali məhkəməyə göndərilsə də hələlik təsdiqlənməyib.

İranda müxalifət tərəfdarları istəyirdilər ki, Aşura günü Tehranın İmam Hüseyn meydanından İnqilab meydanına doğru yürüş keçirsinlər. Onların bu yürüşü vaxtı təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında toqquşma baş vermişdi. Müxalifət mənbələri toqqoşmalar nəticəsində ən azı 8 nəfərin həlak olduğunu və bir neçə yüz etirazçının da saxlandığını irəli sürsələr də İranda belə xəbərləri müstəqil mənbələrdən təsdiqləmək media məhdudiyyətlərinə görə çətindir.

Tutulanların ailələri və vəkilləri onlara qarşı zorakılıqlardan və onların fərdi hüquqlarının pozulmasından narahatdırlar. Abbas Cəfəri Devlətabadi isə bildirib ki, tutulanlar ilə İslam qanunları əsasında rəftar olunur və onlar ailələri ilə telefonda danışa bilirlər.

XS
SM
MD
LG