Accessibility links

Qum tufanı İran Azərbaycanında çoxlu xəsarətə səbəb olub


Qum tufanı İran Azərbaycanında çoxlu xəsarətə səbəb olub

Qum tufanı İran Azərbaycanında çoxlu xəsarətə səbəb olub

<!-- IMAGE -->

İranın rəsmi xəbər agentiliği İRNA və İSNA xəbər agentliyinin verdikləri xəbərlərə görə İran Azərbaycanının bir çox şəhərləri neçə gündür qum tufanının təsirinə məruz qalıb və Təbrizdə bir müddət küçəyə çıxmaq həyatı təhlükə törədib. Təbrizin Ətraf-mühit idarəsinin rəisi bildirib ki, Təbrizin havasında olan toz zərrələrinin miqdarı, hər kub metr üçün 600 dən 1500-ə qalxıb. İdarə rəisi Təbrizlilərə xəbərdarlıq edib ki, açıq havada dolanmasınlar. O, bu durumun səbəbinin qonşu ölkələrdən gələn tufan olduğunu irəli sürüb. Təbrizdən gələn xəbərlərdə tufan səbəbi ilə küçəyə çıxmağın çətin olduğu deyilir.

İSNA Ərdəbil vilayalətindən xəbər verir ki, bu vilayalətdə küləyin sürəti, saatda 130 kilometri aşıb. Evlər, mağazalar və bir çox idarələrin pəncərələri, ağacları və Televiziya antenaları sınıb. İSNA-nın xəbərinə əsasən, Ərdəbil vilayətinin 6 şəhərinin məktəbləri bağlanıb. Ərdəbil, Meşkinşəhər, Nəmin, Səreyin, Lahrur və Hir şəhərlərinin tamam məktəbləri bağlanıb. Qum tufanı çoxlu obyektə zərər vurub.

Digər tərəfdən, 3 gündür ki, Qərbi Azərbaycanda da qum tufanı səbəbilə saatda 90 kilometr sürətlə külək əsir. İSNA xəbər verir ki, tufan elektrik dirəklərinin, ağacların sınmasına və başqa xəsarətlərə səbəb olub. Qum tufanı nəticəsində Qərbi Azərbaycanda yüzlərlə evin pəncərələri dağılıb.

XS
SM
MD
LG