Accessibility links

ABŞ dövlət katibi Hillari Klinton Moskvaya səfər edir


ABŞ dövlət katibi Hillari Klinton Moskvaya səfər edir
ABŞ dövlət katibi Hillari Klinton Moskvaya səfər edir

<!-- IMAGE -->

Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton dünyanın iki qüdrətli dövlətinin yekun danışıqlar aparmaq məqsədi ilə Moskvaya səfərdədir. Rusiya və Birləşmiş Ştatların yüksək səviyyəli rəsmiləri nüvə arsenalının azaldılması barədə danışıqların yeni razılıq əldə edilməsinə yaxın olduğunu deyirlər. Moskvaya bu gün səhər yetişən xanım Klinton Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birlikdə mətbuat konfransı keçirib. Rusiya ilə Birləşmiş Ştatlar demək olar ki, bir ildir 1991-ci ildə qəbul edilmiş və müddəti ötən ilin dekabrında bitmiş Starteji Silahların İxtisarı Barədə Müqaviləni yenisi ilə əvəzləməyə çalışırlar.Rusiyanın xarici işlər naziri Sergey Lavrov son razılığın əldə edilməsi üçün sırf texniki işlərin qaldığını bildirib.Birləşmiş Ştatlar prezidenti Barak Obama ilə Rusiya prezidenti Dmitri Medvedev keçən il qəbul ediləcək yeni saziş layihəsinə əsasən nüvə silahlarının azaldılması barədə razılığa gəlmişdilər.

Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton dünyanın iki qüdrətli dövlətinin yekun danışıqlar aparmaq məqsədi ilə Moskvaya səfərdədir. Rusiya və Birləşmiş Ştatların yüksək səviyyəli rəsmiləri nüvə arsenalının azaldılması barədə danışıqların yeni razılıq əldə edilməsinə yaxın olduğunu deyirlər. Moskvaya bu gün səhər yetişən xanım Klinton Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birlikdə mətbuat konfransı keçirib. Rusiya ilə Birləşmiş Ştatlar demək olar ki, bir ildir 1991-ci ildə qəbul edilmiş və müddəti ötən ilin dekabrında bitmiş Starteji Silahların İxtisarı Barədə Müqaviləni yenisi ilə əvəzləməyə çalışırlar. Rusiyanın xarici işlər naziri Sergey Lavrov son razılığın əldə edilməsi üçün sırf texniki işlərin qaldığını bildirib. Birləşmiş Ştatlar prezidenti Barak Obama ilə Rusiya prezidenti Dmitri Medvedev keçən il qəbul ediləcək yeni saziş layihəsinə əsasən nüvə silahlarının azaldılması barədə razılığa gəlmişdilər.

<!-- IMAGE -->

Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton dünyanın iki qüdrətli dövlətinin nüvə arsenalının azaldılması barədə yekun danışıqlar aparmaq məqsədi ilə Moskvaya səfər edir. Moskvaya bu gün səhər yetişən xanım Klinton rusiyalı həmkarı Sergey Lavrovla günün sonunda, prezident Dmitri Medvedevlə isə sabah görüşəcək.

Rusiya ilə Birləşmiş Ştatlar demək olar ki, bir ildir 1991-ci ildə qəbul edilmiş və müddəti ötən ilin dekabrında bitmiş Starteji Silahların İxtisarı Barədə Müqaviləni yenisi ilə əvəzləməyə çalışırlar. Birləşmiş Ştatlar prezidenti Barak Obama ilə Rusiya prezidenti Dmitri Medvedev keçən il qəbul ediləcək yeni saziş layihəsinə əsasən nüvə silahlarının azaldılması barədə razılığa gəlmişdilər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov son razılığın əldə edilməsi üçün sırf texniki işlərin qaldığını bildirib. O, müqavilənin aprel ayınadək hazır olacağını güman etdiyini deyib.

XS
SM
MD
LG