Accessibility links

Rusiya və Amerika astronavtları kosmik fəzadan Yerə qayıdıblar


Rusiya və Amerika astronavtları kosmik fəzadan Yerə qayıdıblar
Rusiya və Amerika astronavtları kosmik fəzadan Yerə qayıdıblar

<!-- IMAGE -->

Rusiya və Amerika kosmonaftları fəzadan Yerə qayıdıblar. Beynəlxalq Fəza stansiyasında çalışan kosmonavtları daşıyan Soyuz fəza kapsulu bu gün Qazaxıstanda yerə enib. Rusiyaın kosmik uçuşlara nəzarət stansiyasından kapsulun planlaşdırıldığı vaxt Arkalık şəhəri yaxınlığında endiyini bildiriblər. Rusiya kosmonaftı Maksim Surayev və ABŞ-ın Fəza agentliyi NASA-nın astonavtı Cef Vilyams beş aydan artıq müddət Beynəlxalq Fəza stansiyasında qalıblar. Stansiyada hazırda amerikalı Timoti Kremer, Yaponiyadan uçuşlar üzrə mühəndis Soiçi Noğuçi və rus kosmonavtı Oleq Kotov qalıb. Gələn ay Rusiyanın iki kosmonavtı və bir amerikalı astonavt stansiyaya göndərildikdən sonra orada komanda üzvlərinin sayı 6 nəfər olacaq.

XS
SM
MD
LG