Accessibility links

İranın müxalifət nümayəndələri azadlığa buraxılıb


İranın müxalifət nümayəndələri azadlığa buraxılıb
İranın müxalifət nümayəndələri azadlığa buraxılıb

İran rəsmiləri prezident seçkilərinin nəticələrinə qarşı ölkədə baş qaldıran iğtişaşlarda əli olmaq ittihamı ilə həbs edilən yüksək səviyyəli müxalifət nümayəndəsinin və digər iki islahatçının azad edildiyini bildirmişlər. İranın müxalifət qruplarının bildirdiyinə görə, Novruz bayramı ərəfəsində xoş məram nümayiş etdirilməsi məqsədi ilə 3 islahatçı bu gün zəmanətlə azad edilib. Azad edilənlərdən biri, Mohsen Mirdəmadi İranın ən böyük islahatçı partiyası İslamçı İranın İştirak Cəbhəsi partiyasının lideridir. İran hökuməti onu keçən ilin iyun ayında, MahmudƏhmədinejadın ikinci dönəm prezident seçilməsinə qarşı müxalifətin keçirdiyi etiraz nümayişləri zamanı həbs etmişdi.

XS
SM
MD
LG