Accessibility links

BMT Baş katibi Gürcüstan və Rusiya arasında danışıqların bərpasına çağırıb


BMT Baş katibi Gürcüstan və Rusiya arasında danışıqların bərpasına çağırıb
BMT Baş katibi Gürcüstan və Rusiya arasında danışıqların bərpasına çağırıb

<!-- IMAGE -->

BMT-nin Baş katibi Ban Ki Mun Gürcüstan və Rusiyanı təşkilatın sülhümühafizə qüvvələri regiondan getdikdən sonra dinc münasibətlər saxlamağa çağırıb.

Baş katib Ban Ki Mun Rusiyanın Exo Moskvı radiosuna müsahibəsi zamanı deyib ki, BMT-nin prioriteti təşkilatın qüvvələri olmadan regionda sülhü təmin etməkdən ibarətdir. Cənab Ban Gürcüstan və Rusiyanın 2008-ci ildə müharibə zamanı kəsilmiş danışıqları bərpa etməsini istədyini bildirib. O, BMT və Avropa Birliyinin də iştirak etdiyi danışıqlarda inkişafın əldə edildiyini deyib və daha artıq inkişafa nail ola biləcəyi ilə bağlı ümidlərini ifadə edib.

BMT Gürcüstanda 16 illik missiyasını keçən ilin iyun ayında Rusiya onun uzadılmasına veto qoyduqdan sonra sona çatdırmışdı.


XS
SM
MD
LG