Accessibility links

Dəyirmi Masa: Azərbaycanda müstəqil medianın durumu


Dəyirmi Masa: Azərbaycanda müstəqil medianın durumu

Dəyirmi Masa: Azərbaycanda müstəqil medianın durumu

<!-- IMAGE -->

Dünən Azərbaycan prezidenti İlham Əliyevin əvf fərmanı əsasında 62 məhbus azadlığa çıxdı. Azad olanların sırasında 2007-ci ildə xuliqanlıq maddəsi altında həbs edilmiş "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid də var. Azərbaycan hökuməti uzun müddət Qənimət Zahidin həbsinə görə beynəlxalq hüquq müdafiəçilərinin və jurnalist təşkilatlarının tənqidlərinə məruz qalmışdı. Bu günkü dəyirmi masa söhbətimizin qonağı olan Qənimət Zahid Media Hüquqları İnstitunun direktoru Rəşid Hacılı ilə bərabər Azərbaycanda müstəqil medianın durumu haqda danışdılar.

Sağlamlıq durumunun qənaətbəxş olduğunu deyən Qənimət Zahid hələ də revmatik ağrılardan əziyyət çəkdiyini söylədi. Həbsxana yoldaşları ilə mehriban münasibətlər qurduğunu söyləyən cənab Zahid məhbəsdə olduğu müddətdə çox sıxıntılar keçirmədiyini qeyd etdi. Son üç ildə informasiyaya çıxışının nisbətən məhdud olduğunu vurğulayan Qənimət Zahid baş redaktoru olduğu Azadlıq qəzetini gündəlik izləyə bildiyini, lakin dövlət telekanallarına çox baxmadığını söylədi. Baş redaktor ictimaiyyətdən və peşəkar yoldaşlarından aldığı dəstəkdən məmnun qaldığını bildirdi. Gələcək planlarına toxunan Qənimət Zahid söylədi ki, qəzet fəaliyyətindən əlavə olaraq hüquq müdafiəçiliyi ilə bağlı fəaliyyəti də nəzərdən keçirdiyini söylədi. O, bu sahənin Azərbaycan kimi yerdə mühüm olduğunu dilə gətirərək bu yönümdə ciddi işlərin görülməli olduğunu vurğuladı.

Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı Qənimət Zahidin azadlığa çıxmasından sevinc duyduğunu bildirdi. Eyni zamanda o, həbsdə olan başqa jurnalistlər ələlxüsus "Realnı Azerbaydjan" qəzetinin sabiq baş redaktoru Eynulla Fətullayevin taleyindən narahatlığını izhar etdi. Cənab Hacılının fikrincə, Qənimət Zahidi azadlığa buraxmaqla hökumət müstəqil mediaya qarşı törədilən basqıların müəyyən dərəcədə kompensasiya edilməsi üçün düzgün addım atıb. Lakin o, başqa məhbsuların azadlığa buraxılmasına çağıraraq bu yönümdə sivil cəmiyyət nümayəndələrinin öz səylərini gücləndirməli olduğunu dedi.

XS
SM
MD
LG