Accessibility links

İran məhkəməsi sabiq vitse-prezidenti həbsdə saxladı


İran məhkəməsi sabiq vitse-prezidenti həbsdə saxladı
İran məhkəməsi sabiq vitse-prezidenti həbsdə saxladı

<!-- IMAGE -->

İranın apellyasiya məhkəməsi islahatçı lider sabiq vitse-prezident Hüseyn Maraşiyə qarşı həbs qərarını qüvvədə saxlayıb. Müxalifət veb səhifəsi və islahatçı liderin qohumları Maraşinin həbsxanaya aparılmasını təsdiq edib. Onlar deyir ki, apellyasiya məhkəməsi bir illik azadlıqdan məhrum etmə qərarını qüvvədə saxlayıb. Maraşi keçən il seçki sonrası iğtişaşlar zamanı İslam Respublikasına qarşı təbliğat aparmaqda ittiham olunub. İran müxalifəti prezident Mahmud Əhmədinejadın ikinci dəfə hakimiyyətdə qalması ilə nəticələnən mübahisəli prezident seçkilərindən sonra kütləvi etiraz aksiyaları keçirmişdilər. Onlar səsvermənin nəticələrinin saxtalaşdırıldığını irəli sürürlər.

XS
SM
MD
LG