Accessibility links

İraqda zorakılıqlar qeydə alınır


İraqda zorakılıqlar qeydə alınır

İraqda zorakılıqlar qeydə alınır

<!-- IMAGE -->

İraqın paytaxtı Bağdadda zibil qutusuna yerləşdirilmiş bombanın partlaması nəticəsində 2 nəfər həlak olub, bir neçə insan isə yaralanıb. İraq polisi bildirib ki, bomba paytaxtın, əhalisinin böyük hissəsini şiələr təşkil edən Sədr şəhər məhəlləsində partlayıb. Polisin məlumatına görə, Bağdadın cənubundakı Dora məhəlləsində baş vermiş digər hadisə zamanı naməlum silahlılar əsgərin evinə daxil olaraq onu öldürüblər. Zorakılıqlara baxmayaraq, İraqın seçki rəsmiləri iki həftə əvvəl keçirilən parlament seçkilərinin bülletenlərini hesablamağa davam edir. Səslərin 90 faizinin hesablamalarının nəticəsinə görə, İraqın hazırkı baş naziri Nuri Əl Malikinin koalisiyası onun sabiq həmkarı İyad Allavinin rəhbərliyindəki dünyavi koalisiyanı çox az fərqlə üstələyir. Rəsmilər səslərin tam hesablanmasının bir neçə gün ərzində sona çatacağını bildirib.

XS
SM
MD
LG