Accessibility links

Bruking İnstitutunda Türkiyənin Sabancı Universiteti ilə birgə təşkil edilən illik konfrans keçirilib


Bruking İnstitutunda Türkiyənin Sabancı Universiteti ilə birgə təşkil edilən illik konfrans keçirilib

Bruking İnstitutunda Türkiyənin Sabancı Universiteti ilə birgə təşkil edilən illik konfrans keçirilib

<!-- IMAGE -->

Brookings İnstitutunda keçirilən illik Sabancı Konfransının məruzəçilərindən biri də dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordon idi. Cənab Qordon çıxışında ABŞ-la Türkiyə arasında əlaqələrin və əməkdaşlığın tarixi haqqında danışmış, soyuq müharibə illərində mövcud olan əlaqələrin indi günün tələblərinə və iki ölkənin maraqlarına uyğun olaraq dəyişməsinin vacibliyini vurğulamışdır. O, Türkiyə ilə çoxlu məsələlərdə əməkdaşlıq edildiyini, Afqanıstan və İraqın bunlardan bir neçəsi olduğunu qeyd etmişdir. Cənab Qordon Türkiyənin son on il ərzində geniş sahələrdə mühüm tərəqqi əldə etdiyini təkcə regional bir güc olaraq qalmadığını bütün dünyanı maraqlandıran məsələlərdə rol oynaya bildiyini xatırlatmışdır. Cənab Qordon Türkiyənin İran siyasəti ilə ABŞ-ın bu ölkə ilə bağlı siyasətində isə fərqliliklər olduğunu qeyd etmişdir. Dövlət Katibinin müavini dünya birliyinin İrana əlaqələndirilmiş bir mesaj göndərməyə çalışdığı bir zamanda Türkiyənin vaxtdan vaxta verdiyi mesajların fərqli olduğunu xatırlatmışdır: “İran məsələsində dünya birliyi İrana əlaqələndirilmiş tək bir mesaj verməyə çalışdığı bir zamanda Türkiyə vaxtaşırı fərqli mesajlarla çıxış edir. Biz Türkiyənin İranın nüvə silahları əldə etməsi ehtimalı barədəki narahatlığımıza şərik olduğunu bilirik. Türkiyə İranın nüvə proqramı məsələsinə diplomatik bir həll çarəsi tapılması sahəsindəki səyləri də dəsdəkləyir. Ancaq Türkiyənin bu məsələyə dinc, diplomatik bir həll yolu tapılması istiqamətindəki birgə hədəfimizə zərər verəcək və bu hədəfə yetişməmizi çətinləşdirəcək addımlardan imtina etməsi olduqca vacibdir”.

Qeyd edək ki, ABŞ rəhbərliyi administrasiya erməni soyqırım iddiaları barədə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində təsdiq olunan qanun layihəsinin palatada da səsə qoyulmasının və Konqres tərəfindən təsdiq edilməsinin əleyhinə olduğunu bildirib. Cənab Qordonda hökumətin mövqeyini təkrar etməklə bir yerdə Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların iki ölkənin də parlamentləri tərəfindən təstiq olunmasının iki ölkənin də xeyrinə olacağını, regionda təhlükəsizliyin güclənməsinə və iqtisadi inkişafa təkan verəcəyini söyləyib.
Bu arada konfransı izləyənlərdən Türkiyənin Hürriyyət qəzetinin əməkdaşı Sədad Ərgin isə indiki mərhələ də protokolların imzalanmasını gözləməyin gerçəkçi olmadığını və Türkiyədə heç bir hökumətin belə bir risk götürə bilməyəcəyini deyir.
Xatırladaq ki, Ermənistanın prezidenti gələn ay Vaşinqtonda təşkil ediləcək nüvə sammitinə dəvət edilib. Onun Amerikaya səfəri zamanı bu məsələlərin də gündəmə gəlməsi gözlənilir. Həmin zirvə görüşünə dəvət edilən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə zirvə görüşündə iştirak etməyəcəyini bildirib.

XS
SM
MD
LG