Accessibility links

İnternetdə pulsuz riyaziyyat dərsləri


Salman Xan
Salman Xan

Kaliforniyada yaşayan 33 yaşlı keçmiş maliyyə eksperti Salman xan öz işini atıb İnternetdə pulsuz riyaziyyat dərsləri verir və ayda yüz minə yaxın adam onun dəsrlərini izləyir.

Salman Xanın yaratdığı Xan Akademiyası hər gün dünyada riyaziyyatı zəif bilən minlərlə insana yardım edir.

<!-- IMAGE -->


Dünyanın hər yerində riyaziyyatı öyrənmək istəyənlər hər gün onun səsini dinləyir. O, YouTube-da qara yazı taxtasında 1200 dərs yerləşdirib. Burada riyaziyyatın əsaslarından tutmuş deffenrensial hesablama və elm, maliyyə sahələrini əhatə edən səviyyəyə qədər material var. Özü də dəsrlər pulsuzdur.

Salman Xan Kliforniyada Silikon vadisində ailəsilə yaşayır. Onun həyat yoldaşı Stanford universitetində revmatologiya öyrənir. Körpə uşağı var.

Xan Akademiyasını yaratmaq dörd il əvvəl qardaşı oğluna kiloqramları qramlara çevirməyi öyrədərkən ağlına gəlib. Xanın köməyi ilə o, riyaziyyatı yaxşı bilməyə başlayıb. Xan isə özünə yeni karyera yaradıb.

İndi Xan dəsrlərini yataq otağının arxasında kiçik otaqda yazır. O özü heç vaxt kamera qarşısında çıxmır. “Siz lövhəyə baxıb sanki kiminsə arxanızda durub qulağınıza danışdığını hiss edirsiniz. Bu, sizdən məsafədə yazı taxtası qarşısında durub danışmaqdan fərqlidir.”

Kaliforniyanın Palo Alto şəhərində Kaltilleya qız məktəbinə dəvət edildikdə, Salman Xan dərhal şagirdlərlə təmas qura bildi. “Siz mənə deyirsiniz ki, hələ də onluq kəsrlərin bölünməsini bilmirsiniz. Onluq kəsrlərə gəldikdə, siz tək deyilsiniz. Heç kəs onluq kəsrlərin bölünməsini unutduğunu bynuna almır.”

Dəfələrlə qulas asıla bilən qısa dərs ideyası yuxarı sinif şagirdi Bridcit Mininin xoşuna gəlir. O deyir ki, yeddinci sinfin cəbr fənni kursunu yaxşı öyrənə bilmir. “Müəllimlər yaxşıdır, lakin hamı üçün rahat metodla gedə bilmirlər. Mənim dərsdə öyrəndiklərimi sonra kompyuterdə daha dərindən öyrənə bilmək imkanı çox xoşuma gəlir.

Salman Xan YouTube-da məhdiyyətlərə görə qısa dərslər harızlayırdı. Amma indi deyir ki, bu, daha yaxşıdır. “Tədqiqatçılar mənə deyiblər ki, insan nəyəsə 10 dəqiqən artıq çox diqqət verə bilmir. Bundan o tərəfə hər şey yaddan çıxır. Hamımız kollecdə professorun sözlərinə 10-15 dəqiqə diqqət verib, sonra qalanları unutduğumuzu xatırlayırıq.”

Xan üçün riyaziyyat, elm və maliyyəni öyrətmək işin başlanğıcıdır. O, YouTube-də başqa mövzuları əhatə edərək səhifəni genişləndirir.

XS
SM
MD
LG