Accessibility links

İraqda seçkilərdən sonra səslərin hesablanması davam edir


İraqda seçkilərdən sonra səslərin hesablanması davam edir

İraqda seçkilərdən sonra səslərin hesablanması davam edir

<!-- IMAGE -->

İraqda parlament seçkilərinin nəticələrinin hesablanması davam edir. Nəticələr keçmiş baş nazirin rəhbərlik etdiyi dünyəviçi koalisiyanın bir qədər irəli olsa da, əsas vilayətlərdə geri qaldığını göstərir.

Səslərin 93 faizi hesablandığı bir vaxt seçki rəsmiləri bildiriblər ki, keçmiş baş nazir Ayad Ələvinin dünyəviçi koalisiyası hazırkı baş nazir Nuri əl-Məlikiin koalisiyasından 8000 səs irəlidədir.

Martın 7-də parlament seçkilərində səsvermədən sonra bu iki koalisiya arasında çox kiçik fərq olduğu müşahidə eidlir.

Lakin cənab Məlikinin Qanuni Dövlət koalisiyası İraqın 18 vilayətində üstünlüyə malikdir. Cənab Ələvinin İraqiyə alyansı isə yalnız 5 vilayətdə irəlidədir.

İraqın 325 yerlik parlamentində yerlərin çoxunu əldə etmək koalisiyanın ümumi səslər deyil, vilayətlərdə nə qədər səs almasından asılı olacaq.

Rəsmilər son nəticələrin bu ayın sonun hazır olacağına ümid bəsləyirlər.


XS
SM
MD
LG