Accessibility links

İsrail lideri inşaat planlarında güzəştə getmir


İsrail lideri inşaat planlarında güzəştə getmir

İsrail lideri inşaat planlarında güzəştə getmir

<!-- IMAGE -->

İsrail baş naziri Benyamin Netanyahu deyir ki, İsrail hökuməti Şərqi Qüdsdə inşaat planları ilə bağlı güzəştə getməyəcək. Cənab Netanyahu bu bəyanatı ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Corc Mitçelin İsrailə gəlişi ərəfəsində verib. Cənab Mitçellin məqsədi İsrail və fələstinlilər arasında qeyri-birbaşa sülh danışıqlara vasitəçilik etməkdir. İsrailin 1967-ci ildə Ərəb-israil müharibəsi nəticəsində zəbt etmiş ərazilərdə yəhudilər üçün yaşayış məntəqələri inşa etməsi planları ABŞ hökuməti ilə rəsmi Tel-Əviv arasında açıq mübahisəyə səbəb olub. BMT baş katibi Ban Ki-mun bu gün Qəzza zolağına səfər edərək İsrailin Həmasın nəzarətində olan bölgəni blokadaya almasını tənqid edib.

XS
SM
MD
LG