Accessibility links

ABŞ Konqresinin Nümayəndələr Palatası səhiyyə islahatları barədə qanun layihəsini  təstiq etdi


ABŞ Konqresinin Nümayəndələr Palatası səhiyyə islahatları barədə qanun layihəsini  təstiq etdi

ABŞ Konqresinin Nümayəndələr Palatası səhiyyə islahatları barədə qanun layihəsini  təstiq etdi

<!-- IMAGE -->

ABŞ Nümayəndələr Palatası əlavə 30 milyon amerikalıya tibbi sığorta bəxş edəcək tarixi qanun layihəsini Bazar günü axşam təstiq etdi. Prezident Obama palatanın qərarını alqışladı və onu ABŞ xalqının qələbəsi adlandırdı. Prezident Obama Nümayəndələr Palatasının qərarının on illərlə davam edən səylərin bir nəticəsi olduğunu söylədi. O bu qərarı xalqın, xalq tərəfindən, xalq üçün idarə olunmasının yaxşı nümunəsi adlandırdı. Tənqidçilər isə bu qanunun büdcə defisitini və hökumətin tibbi xidmət sahəsinə müdaxiləsini kəskin artıracağını iddia edir. Kapitolidə Demokrat kokosun liderləri və Prezident Obama qanun layihəsinin əleyhinə olan demokrat qanunvericilərin səslərini dəyişə bilmək üçün bir neçə həftədir gərgin kampaniya aparırdılar. Belə ki, prezident Obama qanun layihəsinin qəbul olunması üçün kampaniya aparmaq məqsədilə Uzaq şərqə səfərini son günlərdə iki dəfə təxirə saldı. Prezident Obama şəxsi olaraq bəzi demokrat qanunvericilərə telefon edərək onları bu layihəyə səsverməyə çağırdı. O bəzi demokratları isə Ağ Evdə qəbul etdi. Bazar günü axşam Nümayəndələr palatasında keçirilən səsvermədə Senatda qəbul edilmiş, səhiyyə islahatları barədə qanun layihəsi Nümaynədələr Palatasındakı demokrat qanunvericilərdən 219-nun səsi ilə aşağı palatada qəbul edildi. 212 qanunverici isə layihənin əleyhinə səsverdi. Layihənin qəbulu üçün Konqresin aşağı palatasının sadə səs çoxluğu tələb olunurdu və demokratlar buna nail oldular. Respublikaçılar bu qanunun əleyhinə çıxır. Prezident Barak Obama Şənbə günü Kapitoliyə gələrək palatanın Demokrat üzvlərini səhiyyə islahatları paketinə səs verməyə çağırdı. Bu arada Konqres binası qarşısında yüzlərlə adamın iştirakı ilə etiraz aksiyası keçirilib. Prezidentin imzalaması ilə layihə qanun qüvvəsi qazanacaq və bunun Çərşənbə axşamı günü gerçəkləşməsi gözlənilir. Senatın əvvəlcə qəbul etdiyi qanun layihəsinin eynisinin Nümayəndələr Palatasında qəbulundan dərhal sonra layihədə dəyişikliklər səsə qoyularaq qəbul olundu. Uzalaşma layihəsi adlanan dəyişikliklərin əlavə olunduğu axırıncı layihə müzakirə üçün Senata göndərildi. Son aylada Amerikanın siyasi həyatında ən gərgin mübahisə mövzusu səhiyyə islahatları məsələsi oldu. Respublikaçıların çoxu səhiyyə islahatlarını dövlətin səhiyyə sektorunu öz nəzarəti altına alması cəhdi kimi görür və bunun azad bazar iqtisadiyyatının prinsiplərinin əleyhinə olduğunu irəli sürürlər. Respublikaçılar bu planın demokratların dediklərindən bahaya başa gələcəyini və büdcə kəsrinin artmasına gətirib çıxardacağını deyirlər. Demokratlar isə səhiyyə islahatları paketinin büdcə kəsrində artışa səbəb olmayacağını əksinə kəsrin azalmasına yardım edəcəyini söyləyirlər.

XS
SM
MD
LG