Accessibility links

Pakistanda terror aktı törədilib


Pakistanda terror aktı törədilib
Pakistanda terror aktı törədilib

<!-- IMAGE -->

Pakistan polisinin bildirdiyinə görə, Bəlucistan vilayətinin inzibati mərkəzi Kvettada velosipeddə yerləşdirilmiş bomba uzaqdan idarə olunan cihaz vastisəilə detonasiya edilib. Partlayış nəticəsində azı 3 nəfər həlak olub, 12 nəfər yaralanıb və polis mikro avtobusu zədələnib. Hələlik hadisənin məsuiyyətini heç kim öz üzərinə götürməyib. Bu arada talibanın istehkamı sayılan və tayfaların yaşadıqları Şimali Vəziristan vilayətinin sakinləri taliban döyüşçülərinin qətlə yetirdikləri 3 nəfərin cəsədini tapıblar. Cəsədlərin üzərində qoyulan yazıda deyilir ki, mərhumlar Birləşmiş Ştatlara casusluq etdiklərinə görə edam edilib. Pakistanın mərkəzi hökuməti Şimali Vəziristanda qiyamçılara qarşı vuruşur.

XS
SM
MD
LG