Accessibility links

<!-- IMAGE -->

İranın ali dini lideri Birləşmiş Ştatları İrana qarşı planlar qurmaqda ittiham etmiş, eyni zamanda ölkələr arasında münasibətlərin yaxşılaşdırılmasına çağırmışdır. Ayətulla Əli Xameneyi Novruz bayramı münasibətilə Məşhəd şəhərində verdiyi xütbədə rəsmi Vaşinqtonun siyasətini tənqid etmişdir. ABŞ prezidenti Barak Obama iranlılara Novruz müraciətini cümə günü çatdırmıdşı. Həmin müraciətdə İran hökuməti ilə ciddi fikir ayrılıqlarına baxmayaraq ABŞ lideri İran xalqına daha ümidverici gələcək arzuladığını bildirmişdi. Rəsmi Vaşinqton Tehranın gizlində atom bombası istehsal etməyə can atdığını güman edir.

XS
SM
MD
LG