Accessibility links

Britaniya qəzeti yüzlərləTaliban üsyançısının İranda təlim keçdiyini yazır


Britaniya qəzeti yüzlərləTaliban üsyançısının İranda təlim keçdiyini yazır

Britaniya qəzeti yüzlərləTaliban üsyançısının İranda təlim keçdiyini yazır

<!-- IMAGE -->

Talibanın iki komandiri Britaniyanın "The Sunday Times" qəzetinə müsahibələrində deyiblər ki, Əfqanıstandakı NATO qüvvələrini qətlə yetirmək məqsədilə yüzlərlə üsyançı İranda təlim keçir. Qəzet adlarını məxfi saxladığı komandirlərə istinadən yazır ki, İran Taliban yaraqlılarının ölkəsinin çənub-şərqində 3 ay aldığı təlimlərə görə pul ödəyib. Komandirlərdən biri təlimlərin Pakistanda Taliban yaraqlılarına qarşı keçirilən əməliyyatlardan sonra onlara dəstək məqsədi ilə keçirildiyini demişdir. O, təlimlərin birinci ayı NATO konvoyuna hücumlar və ələ keçirilməmək üçün necə qaçmağın öyrədildiyini, o biri aylar isə bombaların yol kənarına yerləşdirilməsi və ardıcıl bomba partlayışları üzrə təlim aldıqlarını bildiriblər.

XS
SM
MD
LG