Accessibility links

Amnesty International Qazaxıstanı saxlanılanların hüquqlarının pozulmasına yol verməməyə çağırır


Amnesty International Qazaxıstanı saxlanılanların hüquqlarının pozulmasına yol verməməyə çağırır

Amnesty International Qazaxıstanı saxlanılanların hüquqlarının pozulmasına yol verməməyə çağırır

Insan hüquqlarının müdafiəsi təşkilatı Amnesty İnternational Qazaxıstanı həbs edilmiş şəxslərin hüquqlarının polis tərəfindən pozulması hallarına son qoymağa çağırıb.

Təşkilatın Qazaxıstanda işgəncə hallarına dair hesabatında deyilir ki, şübhəli bilinən şəxslər polis işçiləri tərəfindən saxlanıldıqları andan müntəzəm olaraq döyülür və müxtəlif işgəncələrə məruz qalırlar.

Qazaxıstan qanunlarına əsasən, həbs olunan şəxslər saxlanıldıqda üç saat ərzində qeydiyyatdan keçməlidir.

Lakin Amnesty İnternational bildirir ki, həbslər günlərlə sənədləşdirilmir, saxlanılanlar vəkil, həkim və ailə üzvlərilə görüşə bilmirlər. İnsan hüquqları qrupu bildirir ki, bir neçə gün işgəncəyə məruz qaldıqdan sonra saxlanılanlar törətmədikləri cinayəti boyunlarına alır.

Qazaxıstan rəsmiləri hesabatla bağlı şərh verməyiblər.


XS
SM
MD
LG