Accessibility links

Britaniya İsrail diplomatını qovmağa hazırlaşır


Britaniya İsrail diplomatını qovmağa hazırlaşır

Britaniya İsrail diplomatını qovmağa hazırlaşır

<!-- IMAGE -->

Britaniya mediası xəbər verir ki, rəsmi London İsrail agentlərinin Dubayda fələstinli militant komandiri öldürmək üçün saxta Britaniya pasportlarından istifadə etməsi ilə bağlı İsrail diplomatını ölkədən çıxarmağı planlaşdırır. Britaniya xarici işlər idarəsi hadisə ilə bağlı şərh verməkdən imtina edib, lakin bu mövzuda xarici işlər naziri Deyvid Milibəndin bəyanat açıqlayacağı gözlənilir. Dubay İsrailin Mossad kəşfiyyat agentliyini Hamas komandiri Mahmud əl Məbhuhu yanvar ayında oteldə öldürməkdə ittiham edir. Rəsmilər bildirir ki, qatillər Dubaya Britaniya, İrlandiya , Almaniya və Avstraliya vətəndaşlarının şəxsiyyətləri əsasında hazırlanmış saxta pasportlardan istifadə edərək daxil olublar.

XS
SM
MD
LG