Accessibility links

Somali piratları Türkiyə gəmisini ələ keçirib


Somali piratları Türkiyə gəmisini ələ keçirib

Somali piratları Türkiyə gəmisini ələ keçirib

<!-- IMAGE -->

Somalidən olan piratlar içərisində 21 ekipaj üzvünü daşıyan Türkiyəyə məxsus karqo gəmisini ələ keçiriblər. Avropa Birliyi Piratçılığa qarşı hərbi dəniz qüvvələri bildirir ki, MV Friqia gəmisi bu gün Misirdən Taylanda gedən zaman Hind okeanında ələ keçirilib. Mənbə bildirir ki, gəmi hazırda Somalinin şərq sahilində piratların istehkamlarında birinə istiqamət almaqdadır. Gəminin ekipaj üzlərinin tərkibində 19 türk və 2 ukraynalı var. Avropa Birliyi dəniz qüvvələri hadisənin Somali sahillərindən 1850 kilometr aralıda, Somalidən çox Hindistan sərhədlərinə yaxın bir yerdə baş verdiyini deyir. Bu isə Somali piratlarının istehkamlarından ən uzaq məsafədə həyata keçirdikləri hücumlardan biridir.

XS
SM
MD
LG