Accessibility links

Fransada əməkçilər sərt islahatlara etiraz edirlər


Fransada əməkçilər sərt islahatlara etiraz edirlər

Fransada əməkçilər sərt islahatlara etiraz edirlər

<!-- IMAGE -->

Fransa prezidenti Nikoa Sarkozının rəhbərlik etdiyi hakim partiya regional seçkilərdə məğlub olduqdan iki gün sonra narazı əməkçilər bütün ölkə boyu qeyri-populyar hökumət islahatlarına qarşı tətil və nümayişlər keçirirlər.

Fransa prezidenti Nikola Sarkozı çətin həftə ilə üzləşir. Onun sağ-mərkəzçi UMP partiyası bazar günü regional seçkilərdə ağır məğlubiyyətə uğradı. Fransanın 26 regionundan üçü istisna olmaqla bütün regionlarda solçu qüvvələr qələbə çaldılar. Bu gün isə müəllimlər, poçt və ictimai nəqliyyat işçiləri ixtisarlara və hökumətin pensiya sistemində islahatlar planına etiraz əlaməti olaraq işə çıxmayıblar.

Hökumət seçicilərin qəzəbli mesajına qulaq asdığını deyir. Dünən cənab Sarkozı bir neçə naziri əvəzləyib. Lakin CGT həmkarlar ittifaqının lideri Bernard Tibo kimi tənqidçilər bu addımların koskmetik xarakter daşıdığını iddia edir. Avropa 1 radiosunda çıxış edən Tibo söylədi ki, 2008-ci ildən bəri Fransada 650 min iş yeri itirilib.

Cənab Sarkozının reytinqləri iqtisadi böhran başlanandan bəri kəskin enib. Fransada işsizlik son aylarda artıb. Belə görünür ki, bir çox fransızlar onun aqressiv şəxsiyyətindən və eləcə də başqalarının dolanmaqda çətinliklə üzləşdiyi vaxt müğənni həyat yoldaşı Karla Bruni ilə təmtəraqlı həyat stilindən beziblər.

Nikola Sarkozi ötən həftədən bəri yeni sınaqla da üzləşir. Sabiq baş nazir və onun şəxsi rəqibi Dominik de Veypen yeni partiyanın təsis olunduğunu elan edib. Təhlilçilər bu partiyanın 2012-ci ildə cənab Sarkozıya qarşı mübarizə aparacağını təxmin edir.

XS
SM
MD
LG